İstanbulda Yeni il gecəsi törədilən terror aktı ilə əlaqədar iki nəfər saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə “Haberturk” telekanalı məlumat verib.
Məlumata görə, saxlanılanlar uyğur əsilli Çin vətəndaşı Omar Asimi və Abulyez Abduhamiti adlı şəxsdir. Onların terror hadisəsini törədən şəxslə əlbir olduğu ehtimal olunur.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail, Rusiya vətəndaşları olub.