İsrail ordusu ilə toqquşmalarda 43 fələstinli yaralandı
02 fevral 2018 22:10 (UTC +04:00)

İsrail ordusu ilə toqquşmalarda 43 fələstinli yaralandı

0

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb.

 

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

 

“Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə Cəmiyyətin nümayəndəsi İrab əl Fukah bildirib.

 

Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki,  Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb.

 

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar