İŞİD liderinin keçmiş arvadı:<span style="color:red;"> “Mənim nə günahım var...?”
01 aprel 2016 12:14 (UTC +04:00)

İŞİD liderinin keçmiş arvadı: “Mənim nə günahım var...?”

 

İraq Şam İslam dövlətinin lideri Əbu Bəkr Əl Bağdadinin keçmiş həyat yoldaşı, 28 yaşlı Saja Al–Duleymi qızları ilə Avropaya köçmək istədiyini deyib.

Lent.az-ın cnn.com-a istinadən məlumatına görə, bu barədə o, Expressen TV -yə verdiyi müsahibəsində deyib.

O bildirib ki, ərəb ölkələrində deyil, Avropada yaşamaq istəyir: “ Mən istəyirəm ki, uşaqlarım yaşayıb, təhsil alsınlar. Analarının terrorçu Əbu Bəkr Əl-Bağdadinin arvadı olması onların günahı deyil ki?!”

Saja Al–Duleymi deyir ki, onu terrorçunun arvadı kimi qələmə vermələri  heç xoş deyil: “Axı mənim günahım nədədir ki, 2008-ci ildə onunla ailə qurmuşam?!  Biz boşanmışıq, ondan ayrılmışam, əksini etməmişəm. Mənim terrorla heç bir əlaqəm yoxdur”.

Qadın müsahibəsində onlar evlənəndə Bağdadini normal bir insan, universitet müəllimi kimi tanıdığını deyib: “Hər gün işə gedir, axşam evə gəlirdi. Çox əla insan, yaxşı ata idi. İkinci həyat yoldaşı idim. Birinci arvadı ilə eyni evdə qalmaq çətin idi”.

Saja Al–Duleymi deyib ki, hamilə olanda Bağdadini tərk edib və qızının olduğunu ondan gizlədib: “ 3 ay evlilikdən sonra ondan getdim, çünki xoşbəxt deyildim. Onu sevmirdim”.

Bağdadi arvadını dəfələrlə geri qaytarmağa çalışsa da, alınmayıb və hətta xanımını yenidən ərə getsə, qızını ondan almaqla təhdid edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45