Avstraliya vətəndaşı olan 16 yaşlı şagird İŞİD-ə pul göndərməkdə günahlandırılır.
Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, gənc qız “terror maliyyələşdiricisi” damğası ilə 25 ilə qədər həbs edilə bilər.
Yerli mətbuata adı hələ ki, açıqlanmayan qızın Suriyadakı İŞİD-ə “Western Union” vasitəsilə minlərcə dollar göndərdiyi aşkar edilib.
Qız və onun ortağı olan oğlan polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həbs edilib. Qızın ortağı olaraq adı keçən Milad Ataünün 2014-cü ilin sentyabrında Avstraliyanın ən böyük terror əməliyyatında tutulduğu barədə məlumatlar da var.