İraqda yenə terror: 18 ölü, 25 yaralı
09 oktyabr 2014 02:47 (UTC +04:00)

İraqda yenə terror: 18 ölü, 25 yaralı

İraqın paytaxtı Bağdadda törədilən güclü partlayış nəticəsində ən az 18 nəfər ölüb, 25 nəfər yaralanıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze paytaxtın Mədinət-əs-Sədr bölgəsində minalanmış avtomobili partladıb. 

 

Qeyd edək ki, oktyabrın 7-də Bağdad və şəhərətrafında törədilən silsilə terror aktları nəticəsində 15 nəfər ölmüş, onlarla insan xəsarət almışdı.

 

Sentyabr ayında İraqda 1 100 nəfər zorakılığın qurbanı olub, 1 900 nəfər yaralanıb.

# 462
avatar

Oxşar yazılar