İran Hörmüz boğazında Britaniya gəmisini saxlayıb
19 iyul 2019 22:45 (UTC +04:00)

İran Hörmüz boğazında Britaniya gəmisini saxlayıb

 

İran Böyük Britaniyanın neft tankerini Hörmuz boğazında saxlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.

SEPAH yayımladığı bəyanatda bidlirir ki, Britaniya gəmisi İran dənizçilik və limanlar təşkilatının istəyi ilə SEPAH qüvvələrinin iştirakı ilə saxlanılıb və İran sahilinə gətirilib. Gəminin saxlanılmasına dair qanuni prosedur tamamlandıqdan sonra gəmi İran gəmiçilik və limanlar təşkilatına təhvil verilib.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya İranın neft tankerini saxlayaraq sanksiya rejimini pozmaqda ittiham edib. Ötən həftə İranın Ali dini rəhbəri Böyük Britaniyanın hərəkətinin cavabsız qalmayacağını bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482
avatar

Oxşar yazılar