İran BƏƏ-yə nota verdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsinin BƏƏ-dəki hərbi bazadan İran hava məkanını pozması olub.
Bildirilir ki, BƏƏ-dəki hərbi bazadan qalxan pilotsuz uçuş aparatı İran hava məkanına daxil olub və İran tərəfi həmin təyyarəni vurub.
Qeyd edək ki, pilotsuz təyyarə ABŞ-a məxsus olub.
İran XİN-ə çağırılan müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib.
844