Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransanı 6,5 milyon avroluq təzminat cəzasına məhkum edib.
Lent.az Milliyet-ə istinadən bildirir ki, 2004-cü ildə dəmiryolu vağzalındakı iğtişaşları təşkil etməkdə şübhəli bilinən 21 yaşlı Abdulqadir Qedir saxlanılarkən işgəncəyə məruz qalıb və fiziki sağlamlığının 85 faizini itirib. Həftələrlə komadan ayılmayıb.
Hadisədən bir ay sonra komadan ayılmamış Abdulqadirin günahsız olduğu sübuta yetirilib.
Komadan ayıldıqdan sonra əvvəlcə Fransa məhkəməsinə, daha sonra Avropa İnsan Haqları məhkəməsinə müraciət edən Əlcəzair əslli Fransa vətəndaşının təzminat işinə 14 ildən sonra müsbət cavab verilib.
AİHM-in qərarına əsasən, Fransa baş verən işgəncə hadisəsinə görə 35 yaşlı Abdulqadir Qedirə 6,5 milyon avro təzminat ödəməlidir.