İki illik fasilədən sonra ABŞ Türkiyəyə yeni səfir təyin etdi
28 iyun 2019 15:07 (UTC +04:00)

İki illik fasilədən sonra ABŞ Türkiyəyə yeni səfir təyin etdi

 
 
ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib.
 
APA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Twitter” səhifəsində qeyd edilib. 
 
“Ötən gecə ABŞ Senatı Devid Saterfildi ABŞ-ın Türkiyədəki yeni səfiri olaraq təsdiq edib. Yaxın gələcəkdə onu qarşılamağı səbirsizliklə gözləyirik”, - deyə “Twitter”də yazılıb. 
Karyera səfiri olan Devid Saterfildin namizədliyi bu ilin fevralında ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. 
 
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri postu 2017-ci ildən bu yana boş idi. Sonuncu səfir Con Bas 2014-2017-ci illərdə bu vəzifəni icra edib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar