ABŞ-da içərisində Konqres üzvləri olan qatarla yük maşının toqquşması nəticəsində azı bir nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
“Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb. Konqres üzvləri arasında zərərçəkən olmayıb”, deyə S.Sanders qeyd edib. Onun sözlərinə görə, prezident Donald Tramp insidentlə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, bu gün Virciniya ştatında Nümayəndələr Palatasının spikeri Pol Rayan daxil olmaqla, içərisində Respublikaçı konqresmenlərin olduğu qatar zibil daşıyan yük maşını ilə toqquşub.
***
ABŞ-da Konqres üzvləri olan qatar qəzaya düşüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Virciniya ştatının ərazisində, Şarlotsvill şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, “Amtrak” şirkətinə məxsus qatar yük maşını ilə toqquşub. Qəza zamanı Konqres üzvləri arasında xəsarət alan olmayıb. Yüngül xəsarət alan yük maşınının sürücüsünə tibbi yardım göstərilib.