Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri Anatoli Moqilyov hökumət binalarını zəbt etmiş şəxslərlə görüşüb.
APA-nın Krımın Nazirlər Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş Krım Nazirlər Şurası binasının foyesində baş tutub.
Binaları zəbt etmiş şəxslər danışıqlar aparmaq və tələblər irəli sürmək səlahiyyətində olmadıqlarını bildiriblər.