Hindistanın Heydərabad şəhərində baş vermiş partlayış nəticəsində azı 11 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, partlayıcı qurğu biri-birindən 150 metr aralı saxlanılmış iki veliosipedə quraşdırılıbmış.
Hakimiyyət qurbanların sayının artacağından ehtiyatlanır.
Heydərabad Hindistanın başlıca ticarət mərkəzidir. Partlayış baş verən Diluskh-naqar rayonunda çoxlu sayda dükan və restoranlar, eləcə də kino-teatr və iki iri bazar fəaliyyət göstərir.