Qəzza zolağında İsrailin xeyrinə casusluqda ittiham olunan 3 fələstinli edam edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli DİN-nin məlumatında bildirilir.
Məlumata görə, 32, 42 və 55 yaşlarında olan şəxslər baş polis idarəsinin daxili həyətində asılaraq edam olunublar. Edam mərasimində HƏMAS hərəkatının rəhbər şəxsləri iştirak ediblər.