Qırğızıstanda sabiq müxalifətçi deputat təcridxanada bıçaqlanmış vəziyyətdə tapılıb
Qırğızıstanın hüquq-mühafizə orqanları istintaq təcridxanasında keçmiş müxalifətçi deputat Sadır Japarovu bıçaqlanmış vəziyyətdə aşkar ediblər. Qeyd olunur ki, o, boynundan və qollarından çoxsaylı xəsarətlər alıb.
Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, müxalifətçi “Ata-Jurt” partiyasından olan keçmiş deputatın vəziyyəti hazırda sabitdir, həyati vacib orqanları zədələnməyib.
O da qeyd olunur ki, Japarovun istintaq təcridxanasının əməkdaşlarına qarşı hər hansı şikayəti yoxdur. Təqsirləndirilən əməliyyat olunub və cərrahlar onun həyatını xilas edə biliblər.