Gülnarə Kərimovaya Qazaxıstandan sığınacaq təklifi
25 noyabr 2013 15:07 (UTC +04:00)

Gülnarə Kərimovaya Qazaxıstandan sığınacaq təklifi

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya Qazaxıstandan siyasi sığınacaq təklif olunub. Bu haqda APA Total.kz saytına istinadən məlumat verir.

 

Qazaxıstanın Müsəlman Birliyinin başçısı Murat Telibəyov dövlət katibi Marat Tajinə və xarici işlər naziri Erlan İdrisova müraciət ünvanlayaraq , G. Kərimovaya Qazaxıstan vətəndaşlığı verilməsini təklif edib. Telibəyovun  fikrincə bu, Qazaxıstanın yeni xarici siyasət strategiyasının başlanğıcı ola bilər.

 

“Özbəkistanda humanitar vəziyyət mürəkkəbləşir. Öz növbəsində, Qazaxıstan Mərkəzi Asiya regionunda demokratiyanın vüsət almasına yardımçı ola bilər”, - Müsəlman Birliyinin yaydığı sənəddə deyilir.

 

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Gülnarə Kərimovanın Özbəkistanı tərk edəcəyi haqqında xəbərlər yayılıb. G. Kərimovanın özü isə bu haqda rəsmi açıqlama verməyib. Ölkəni tərk etmək qərarı hüquq-mühafizə orqanlarının Kərimovaya məxsus şirkətlərə qarşı hərəkətləri ilə izah olunur.

 

Özbəkistan prezidentinin qızının təsis etdiyi və sahib olduğu təşkilatlarda gedən yoxlamalar Kərimovlar ailəsində yaşanan münaqişə ilə əlaqələndirilir. Güman edilir ki, ziddiyyətlər Gülnarənin Twitter-də yerləşdirdiyi fikirləri ilə bağlıdır. G. Kərimova sosial şəbəkə vasitəsilə Özbəkistanın güc strukturlarını tənqid edib, həmçinin, ailə üzvləri haqqında ifşaedici məlumatlar yayıb.

 

Murad Telibəyovun rəhbərlik etdiyi Qazaxıstan Müsəlmanları Birliyi Qazaxıstan  Müsəlmanlarının Dini İdarəsi ilə əlaqəli olmayan təşkilatdır. Telibəyovun özü birmənalı qarşılanmayan təşəbbüsləri ilə tanınır. Xüsusən, o, ərə gedən qızlara tenderlərin keçirilməsi, yaşlı prezidentlərin edam edilməsi və Qazaxıstanda Hitlerə qarşı məhkəmə keçirilməsi təklifi ilə məşhurdur.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1933

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38