Fransa İŞİD-in “paytaxtı”nı hədəfə alıb
18 noyabr 2015 02:41 (UTC +04:00)

Fransa İŞİD-in “paytaxtı”nı hədəfə alıb

Fransanın müdafiə naziri Jan-İv Le Drian İŞİD terror qruplaşmasının “paytaxtı” hesab edilən Suriyanın Rakka şəhərindəki mövqelərinə növbəti hava qüvvələri endirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə BFMTV telekanalı məlumat yayıb.   

 

Nazirin sözlərinə görə, əməliyyatda 10 qırıcı təyyarə iştirak edib. O qeyd edib ki, yaxın günlərdə İŞİD-in mövqelərinə endirilən zərbələrin sayı xeyli artacaq.     

 

Jan-İv Le Drian həmçinin “Şarl de Qol” aviadaşıyıcı gəmisinin terrorçuların mövqelərinə əlavə zərbələrin endirilməsi məqsədi ilə sabah Aralıq dənizinin şərq hissəsinə yola düşəcəyini qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar