Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan istefa verib.
Lent.az hetq.am-a istinadən bildirir ki, bu barədə Artak Zakaryan özünün sosial şəbəkədəki hesabında yazıb. O bildirib ki, istefasının səbəbi rüşvət qalmaqalı ilə bağlı deyil.
General Zakaryan sadəcə olaraq yeni baş nazirin komandası ilə işləmək istəmədiyini, amma yeni seçilmiş baş nazirə uğurlar arzuladığını qeyd edib.