Ermənistanın hakim partiyasının baş nazir seçkisində namizədi olmayacaq
03 may 2018 09:44 (UTC +04:00)

Ermənistanın hakim partiyasının baş nazir seçkisində namizədi olmayacaq

 

 

“Biz Respublikaçılar Partiyası olaraq 8 mayda parlamentdə keçiriləcək baş nazir seçkilərinə heç bir namizədimizi irəli sürməyəcəyik. Heç kəs narahat olmasın, bu, bizim son qərarımızdır”.

 

Lent.az 1in.am-a istinadən bildirir ki, bunu Ermənistan parlamentində hakim Respublikaçılar Partiyasının və eyni adlı fraksiyanın sözçüsü Vahram Baqdasaryan deyib. Vahram Baqdasaryanın sözlərinə görə, onlar ikinci turda irəli sürülmüş namizədlə bağlı “hə” və “yox” qərarı verəcəklər:

 

“Fraksiya üzvlərimizin namizədliyi irəli sürülmüş şəxsə səs verib-verməməsi onların demokratik hüququdur. Hakim partiyanın namizədlə seçkilərə gedəcəyi isə şayiədir. Biz çalışırıq ki, hava limanı, dəmir və avtomobil yollarındakı “canlı maneələr” tezliklə oradan çəkilsinlər. Ölkənin nəqliyyat infrastrukturu iflic vəziyyətə düşməsin”.

 

Qeyd edək ki, mayın birində “Yelk” (Çıxış) fraksiyasının vahid namizədi Nikol Paşinyan 9 saatlıq müzakirələrdən sonra ilk turda baş nazir seçilə bilməmişdi. Ona yetərsay üçün 8 səs çatmamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Tural TURAN

Oxşar yazılar