Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli 10 zabiti ehtiyata göndərilib.
APA-nın məlumatına görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan əmr imzalayıb.
Prosesin Ermənistan Müdafiə Nazirliyində aparılan kadr islahatları çərçivəsində gerçəkləşdirildiyi deyilir. Ehtiyata göndərilənlərin hamısı polkovnikdir.