Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika qitəsinə səfəri çərçivəsində getdiyi Qvineya Respublikasında maraqlı addımla yadda qalıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın bu ölkənin prezidenti ilə görüşdə sürpriz çıxış edib. Türkiyə prezidenti qvineyalı həmkarına ad günü hədiyyəsi olaraq 50 avtobus verib.
Ərdoğan deyib ki, İstanbul bələdiyyəsi 50 avtobusu texniki avadanlıqları ilə birgə Qvineyaya göndərməzdən əvvəl bu ölkədə sürücülərə də təlim keçəcək.