Əl-Babın çox hissəsi İŞİD-dən təmizləndi
14 fevral 2017 20:54 (UTC +04:00)

Əl-Babın çox hissəsi İŞİD-dən təmizləndi

“Azad Suriya Ordusu” Suriyanın Əl-Bab şəhərinin çox hissəsini nəzarətə götürüb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

 

“Bizim məqsədimiz Türkiyə və İŞİD-in zəbt etdiyi ərazilər arasında nəqliyyat dəhlizlərini nəzarətə götürmək olub”, - deyə o bildirib.

 

Baş nazirin sözlərinə görə, Türkiyə aviasiyası “Fərat qalxanı” İŞİD silahlılarının Əl-Babda fəal istifadə etdikləri tunellərin çox hissəsini dağıdıb.  

 

Şəhərin bir hissəsi hələ də silahlıların nəzarətində qalmaqdadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar