Dünən Taliban Əfqanıstanın paytaxtı Kabilin şimalındakı Baqram həbsxanasına raket zərbələri endirib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə nazirliyinin mətbuat katibi general Zahir Əzimi “Tvitter”də yazıb. Zahir Əzimi Talibanın hücumu nəticəsində 26 dustağın yaralandığını, yaralıların xəstəxanaya yerləşdirildiyini və səhhətlərinin yaxşı olduğunu qeyd edib.
Taliban isə həyata keçirilmiş terror aktı zamanı bir neçə nəfərin öldüyünü iddia edir.