Dünyada ən böyük penisli insan kimi tanınan meksikalı Roberto Esquivel Kabrera həkimlərin cərrahi əməliyyat təklifindəm imtina edib. Lent.az xəbər verir ki, İngiltərənin məşhur “The Sun” qəzeti normal həyata davam etmək üçün mütləq penis kiçiltmə əməliyyatı edilməli olan 54 yaşlı Robertonun gələcəkdə porno ulduz olmaq istədiyini və bu səbəbdən tibbi müdaxilədən yayındığını yazıb.
Meksika dövlətinin rəsmən əlil kimi tanıdığı və aylıq pensiya təyin etdiyi R.Kabrera həyatından məmnun olduğunu deyib. O bildirib ki, yaxın gələcəkdə ABŞ-a köçmək niyyətindədir.
Qeyd edək ki, həkimlər Saltillo şəhərində yaşayan R.Kabreranın ömür boyu sekslə məşğul ola bilməyəcəyini bəyan ediblər. Bundan əlavə “Ginnesin Rekordlar Kitabı” penisinin uzunluğu 48 santimetr olan meksikalının adını rəsmən dünyanın ən böyük penisli adamı kimi kitaba salmaqdan imtina edib. Buna səbəb həkimlərin verdiyi rəy olub.