Dərbəndin “Aeroport” adlanan ərazisində isə sələfi məscidinin yaxınlığında gizlənən bir qurp yaraqlının mühasirəsi isə davam edir. Dərbənddəki mənbənin Lent.az-a verdiyi məlumata görə, OMON hələ də mühasirəni davam etdirir. Evdə gizlənən sələfilər hələ də müqavimət göstərməkdədir.
*****
11.40.
Dərbənddə sələfi təriqətinə məxsus məscidin ətrafı da OMON tərəfindən mühasirəyə alınıb. Dərbənddəki mənbənin Lent.az-a verdiyi xəbərə görə, hazırda şəhərdə iki yerdə döyüş gedir. “Həm yaraqlıların mühasirəyə alındığı Maskina küçəsində, həm də sələfi məscidinin ətrafında, Dərbəndin “Aeroport” adlanın hissəsində atışmadır. Şəhər demək olar ki, iflic olub. Nəqliyyat işləmir. Məktəblər və dövlət idarələri tam nəzarətə götürülüb” deyə mənbə bildirib.