Çin kosmik liderliyə doğru: Ayda işlək, Marsda isə avtonom baza
Ayın Cənub qütbü hissəsində bazanın inşa edilməsi üzrə iddialı planı Çinin kosmik agentliyi təqdim edib.
Lent.az technote-a istinadən xəbər verir ki, Mars planetində avtonom baza da daxil olmaqla bütün planları reallaşdırandan sonra Çin kosmik tədqiqat sahəsinin lideri olacaq.
Yaxın gələcəkdə Yer kürəsinin peyki olan Ayda eyni anda müxtəlif kosmik təşəbbüslərin reallaşdırılması üzrə sözün əsl mənasında yarış başlayacaq.
Donald Trump-ın yeni göstərişi növbəti 5 il ərzində istənilən üsul ilə Aya geri qayıtmaq ideyasını əks etdirir. Çin kosmik agentliyinin rəhbəri Zhang Kejian elan edib ki, 10 ildən sonra Ayda Çinin tamamilə işlək bazası olacaq. Futurism saytının verdiyi məlumata əsasən bu planda konkret təsvirlərdən çox hələki sözlər var. Çində BKS-in (Beynəlxalq Kosmik Stansiya) daha müasir orbital stansiya ilə əvəz olunması və Ayın mənimsənilməsi uzun müddətdir ki, müzakirə olunur. Lakin məhz indi konkret vaxtlar təyin olunub. Bu ilin yanvar ayında Çin dünyanın ilk dövləti oldu hansı ki, Ayın əks tərəfinin səthinə uğurlu şəkildə kosmik aparatı endirdi.
Zhang Kejian həmçinin elan etdi ki, bu ilin sonuna kimi Aya Çinin dördüncü süni peyki Chang’e-5 göndəriləcək. 2020-ci ilin birinci yarısında Long March -5B adlı ağır raketin təkmilləşdirilmiş versiyası ilk dəfə göyə qalxacaq. 2022-ci ildə həmin ağır raket Yer kürəsinin orbitinə Çinin orbital stansiyasını çıxardacaq. BKS-in xidmət müddəti 2024-cü ildə sona çatacaq və beləliklə Çin orbital tədqiqatlar üçün BKS-i özünün orbital stansiyası ilə əvəz etmək istəyir. Bütün bunlara baxmayaraq Zhang Kejian-ın bu bəyanatlarında bəzi anlaşılmazlıqlar var. Belə ki, o birdən-birə təqribi olaraq növbəti 10 il ərzində Ayda tamamilə işlək, Marsda isə avtonom bazanın yaradılması barədə danışır.
Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36