Bu qadın Avropa İttifaqı Komissiyasının yeni prezidenti seçildi
Bu gün Avropa Parlamentində baş tutan gizli səsvermədə Ursula von der Leyen 383 parlament üzvünün dəstəyini qazanaraq Avropa İttifaqı (Aİ) Komissiyasının yeni prezidenti seçilib.
APA-nın xəbərinə görə, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.
Qeyd edək ki, yen seçilən prezident bundan əvvəl Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. O, Aİ Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır.
790