Bu ölkənin baş naziri istefa verəcək
02 aprel 2019 17:15 (UTC +04:00)

Bu ölkənin baş naziri istefa verəcək

Estoniyanın baş naziri Yuri Ratas partiyasının son parlament seçkilərində qalib gələ bilmədiyinə görə istefaya gedəcəyini demişdi. Bu tarix artıq bəlli olub.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırki baş nazir aprelin 4-də Estoniyanın yeni heyətli parlamentinin ilk iclasında son dəfə baş nazir qismində iştirak edəcək. Onun formal olaraq postunu tərk etməsinə baxmayaraq, yeni baş nazir seçilənədək vəzifə səlahiyyətlərini icra edəcəyi bildirilir.
 
Siyasi analitiklər Yuri Ratasın yenidən bu posta seçiləcəyini də istisna etmirlər. Əgər onun rəhbərlik etdiyi Mərkəzçilər Partiyası mühafizəkarlar olan EKRE və milliyətçilərdən ibarət İsamaa ilə koalisiya qura bilsə, parlamentdə qazanacağı səs çoxluğu ilə yenidən idarəçiliyi ələ ala bilər.
 
Estoniya konstitusiyasına əsasən, baş nazirin istefasından sonrakı iki həftə ərzində ölkə Prezidenti bu vəzifəyə namizədlərin adlarını açıqlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar