Bu ölkədə siqaret çəkən uşaqların valideynləri cərimələnə bilər
Rusiya Daxili İşlər Nazirliyi siqaret çəkməyə başlayan uşaqların valideynlərinə 2 min rubla qədər cərimələnməsini təklif edib.
APA TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat mərkəzindən bildirilib.
Məlumatda bildirilir ki, bununla bağlı müvafiq təkliflər paketi hazırlanıb.
Qeyd edilib ki, bu qadağanın pozulmasına görə məsuliyyətin qanunla müəyyən edilməməsi səbəbindən yeniyetmələrin siqaret çəkməsinin qarşısının alınması effekt vermir.
Qeyd edək ki, əvvəllər də Rusiyada müvafiq hökumət komissiyasında siqaret çəkən yeniyetmələrin valideynləri üçün məsuliyyət tətbiq edən İnzibati Xətalar Məcəlləsinin yeni redaksiyasında bir qaydanın tətbiq edilməsini müzakirə edilmişdi. Hətta İnzibati Xətalar Məcəlləsinə "yetkinlik yaşına çatmayanların tütün istehlakına görə valideynlərin inzibati məsuliyyəti haqqında" normanın tətbiqi barədə Ədliyyə Nazirliyinə müraciət göndərməsi barədə təlimat daxil edilmişdi.
Xatırladaq ki, 2009 və 2014-cü illərdə Dövlət Dumasına analoji qanun layihələri təqdim edilmişdi. Lakin bu, təşəbbüs olaraq qalmışdı.
731