Brüsselin Sen-Jil kommunasında yerləşən yaşayış binalarından birində məişət qazının partlaması nəticəsində 7 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, güclü partlayış nəticəsində binanın üç mərtəbəsi dağılıb. Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal edilir.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.