Britaniya parlamentində sabah “Brexit”-ə dair səsvermə olacaq
29 mart 2019 00:30 (UTC +04:00)

Britaniya parlamentində sabah “Brexit”-ə dair səsvermə olacaq

 
Britaniya parlament üzvləri sabah "Brexit" üzrə yenidən səs verəcək. 
 
ONA-nın Britaniya bürosunun “BBC”yə istinadən verdiyi xəbərinə görə, parlament üzvləri “Brexit” anlaşmasının yalnızca Avropa İttifaqı ilə razılaşdırılmış hissəsi barədə səsverəcək. 
 
Onlar vətəndaşların hüquqları, mübahisəli İrlandiya məsələsi, Aİ-dən çıxmaya görə Britaniyanın ödəməli olduğu vəsait məsələsində səsverəcəklər. 
Ancaq Böyük Britaniyanın Aİ ilə gələcək əlaqələrini əhatə edən siyasi bəyannamə səs verilməyə çıxarılmayacaq. 
 
Qeyd edək ki, Aİ Şurası Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı müddəti uzadıb. Daha əvvəl bu tarix martın 29-na nəzərdə tutulsa da Britaniya Aİ ilə razılaşma əsasında təşkilatdan çıxarsa bu mayın 22-nə, əks halda aprelin 12nə nəzərdə tutulub. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar