Böyük Britaniayda helikopter yoxa çıxdı
30 mart 2017 06:02 (UTC +04:00)

Böyük Britaniayda helikopter yoxa çıxdı

Böyük Britaniyada göyərtəsində 5 nəfər olan helikopter yoxa çıxıb.

 

APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, “Twin Squirrel” markalı şəxsi helikopter İrland dənizi üzərində radarlardan itib.

 

Hadisə Uelsin Kaernafon şəhəri yaxınlığında baş verib. Milton Kins şəhərindən Dublinə uçan helikopterin  tapılması üzrə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

Məlumata görə, xilasetmə əməliyyatının aparılmasına pis hava şəraiti mane olur.

# 150
avatar

Oxşar yazılar