BMT atəşkəsdən sonra Suriyadakı vəziyyəti qiymətləndirib
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
BMT Türkiyə tərəfinin hərbi əməliyyatları dayandırdıqdan sonra Suriyadakı vəziyyəti qiymətləndirib.
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib ki, Suriyanın şimalında əksər ərazilərdə Türkiyə hərbi əməliyyatları dayandırıb, sakitlik hokum sürür: "Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya İdarəsi bu gün atəşin davam etdiyi Ras əl-Ain istisna olmaqla, əksər ərazilərdə vəziyyətin sakit olduğunu bildirir".
627