Ben Ladeni öldürənə “Fox News”da iş verildi
13 mart 2015 12:37 (UTC +04:00)

Ben Ladeni öldürənə “Fox News”da iş verildi

ABŞ-ın “Fox News” telekanalı terrorçu Üsama Ben Ladeni öldürdüyünü iddia edən keçmiş xüsusi təyinatlı Rob O`Nili işə götürüb. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, Ben Ladeni necə məhv etdiyini ”Fox News”a verdiyi özəl açıqlamada danışan amerikalı xüsusi təyinatlı həmin telekanalda hərbi ekspert kimi çalışacaq.

Onun iştirak edəcəyi verilişlər gündüz vaxtı və praym-taym-da efirə çıxacaq.

“Fox News”un rəhbəri Rocer Ayles xüsusi əməliyyatlarda iştirak etmiş təcrübəli hərbçinin telekanalda işə götürülməsini nadir hadisə adlandırıb. Üsama Ben Laden 2011-ci il mayın 2-də Pakistanın Abbasabad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar