
İrəvanda tələbələr 5 gündür küçələrdədir - VİDEO
Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz aksiyaları 5 gündür davam edir.
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, İrəvan Dövlət Universitetinin tələbələri əsas korpus önündə toplaşaraq, tələbləri yerinə yetirilməyənədək dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıb.
Xatırladaq ki, etirazçılar noyabrın 9-da baş nazir, habelə müdafiə və təhsil nazirləri ilə görüşsələr də, danışıqlar nəticəsiz başa çatıb. Bundan sonra müdafiə nazirinin müavini Artak Zakaryan bildirib ki, qanun layihəsinə xüsusi istedadlı tələbələrə müəyyən güzəştlərlə bağlı düzəliş edilib və onlar parlamentin 14-17 noyabr tarixlərindəki iclaslarında müzakirə olunacaq.
Xatırladaq ki, tələbələrə hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Oxşar yazılar

Müsəlman qadınlara botoks QADAĞASI: yalnız bu şərtlərlə olar
12 avqust 2025 , 12:52
Madonna Papaya müraciət etdi: Mən bir ana olaraq dözə bilmirəm
12 avqust 2025 , 07:45
Hərbi attaşenin köməkçisi Polşada həbs edildi
12 avqust 2025 , 06:25Poladəritmə zavodunda partlayış, 1 ölü, 10-larla yaralı - VİDEO - YENİLƏNİB
11 avqust 2025 , 23:36
Putin qəti şəkildə atəşkəsə hazırlaşmır - Kəşfiyyat məlumatı
11 avqust 2025 , 21:59
"Putinlə görüşmək üçün Rusiyaya gedəcəm" - TRAMP
11 avqust 2025 , 19:34
Ərini öldürən gənci qucaqlayıb bağışladı - ŞOK OLAY
11 avqust 2025 , 19:13