Azərbaycanlı səfir ərəb generalla görüşüb
21 dekabr 2016 12:41 (UTC +04:00)

Azərbaycanlı səfir ərəb generalla görüşüb

Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyan arasında görüş keçirilib.

Lent.az-ın məlumatına görə, səfir Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinə toxunaraq deyib ki, BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun 2015-ci ildə Azərbaycana rəsmi səfəri və bu ilin fevralında Azərbaycan Respublikasının prezidentin İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri yüksək siyasi əlaqələrin daha da möhkəmlənməsinə müstəsna töhfələr verib.

Ardınca D.Şikarov Azərbaycanın daxili işlər naziri general-polkovnik R.Usubovun  Şeyx Seyf bin Zayedə salam və xoş arzularını çatdıraraq, cənab R.Usubovun onu ölkəmizdə görməyindən məmnun olacağını diqqətinə çatdırııb və səfər mübadilələrinin qarşılıqlı əməkdaşlığın artmasının vacib ünsürlərindən biri olduğunu qeyd edib.

Sonra diplomat 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyin ilk illərində torpaqlarımızın Ermənistan tərəfindən işğal faktı və ölkədaxili ictimai-siyasi mənzərə haqqında ətraflı məlumatlar təqdim etdiyi zaman Baş nazirin müavininin diqqətini daxili işlər orqanlarının fəaliyyətinin və texniki təchizatının xeyli zəif olduğuna çəkib. Ancaq hələ SSRİ dövründə yüksək postlarla yanaşı, Azərbaycana rəhbərliyi ərzində əldə etdiyi geniş idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışının daxili hərc-mərcliyə və sabitsizliyə son qoyduğunu özəlliklə qeyd edib.

 

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərtərəfli inkişafın dinamik artımını vurğulayan səfir bununla bərabər, mürəkkəb coğrafi məkanda yerləşdiyimizi, ələlxüsus da respublikamızda əsrlər boyu müxtəlif etnosların kompakt yaşadığını əsas tutaraq, ictimai asayışın tamamən təmin olunduğunu, bir-biri ilə harmoniya və sülh içində yaşayan bütün etnosların Konstitusiya çərçivəsində öz hüquq və azadlıqlarından sərbəst şəkildə istifadə etdiklərini vurğulayıb və hüquq-mühafizə orqanlarının cəmiyyətimizdə mümkün neqativ halların əmələ gəlməsinin qarşısının alınması üçün müntəzəm qabaqlayıcı və profilaktik işlər gördüyünü qeyd edib. Eyni zamanda dövlətimizdə transmilli mütəşəkkil cinayətkarlığın məqsədlərinin üstünün dərhal açıldığı, daxili işlər orqanları tərəfindən əhali arasında maarifləndirmə tədbirlərinin daim aparıldığı xüsusilə qeyd edilib.

Öz növbəsində, Baş nazirin müavini Şeyx Seyf bin Zayed salam və xoş arzularına görə minnətdarlığını və onun salam və səmimi diləklərini R.Usubova çatdırmağı xahiş edib. O, həmçinin Azərbaycanlı həmkarının dəvəti üçün təşəkkürünü ifadə edərək, böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini vəd edib.

Şeyx Seyf bin Zayed qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm çəkisini təsdiqləyərək, Azərbaycanın daxili işlər naziri rəsmi səfərə dəvət edib və fürsətdən istifadə edərək, 19-23 fevral 2017-ci ildə Əbu-Dabi şəhərində keçirilməsi nəzərdə tutulan “İDEX 2017” Beynəlxalq Müdafiə Sərgisi və Konfransında öz həmkarı ilə görüşməkdən məmnun olacağını bildirib.

Söhbət əsnasında, eyni zamanda müqabil tərəfə əzəli Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktının aradan qaldırılması ətrafında gedən danışıqlarla bağlı son durum və Ermənistanda gərgin daxili ictimai-siyasi vəziyyət haqqında dolğun məlumatlar çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42