Təranə xanım “L’Equipe 21” kanalının studiyasında telekanalın bir neçə idman mütəxəssisi ilə birgə iyunun 12-də yerli vaxtla saat 18:00-da başlayacaq Avropa Oyunlarının açılış mərasimini şərh edəcək və tamaşaçılara Azərbaycan, onun mədəniyyəti, musiqisi haqqında məlumatlar verəcək.
14 ildir Fransada yaşayan və burada “Tarana Paris Bakou” adı ilə tanınan müğənni əslən Azərbaycanın Şuşa şəhərindəndir.