Biz “Başneft”i real qiymətə almağa hazırıq. İndiki zamanda bu sövdələşmə bizə sərf edir”. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə LUKOYL şirkətinin prezidenti Vahid Ələkbərov jurnalistlərə açıqlamasında bildirib. Ələkbərovun dediyinə görə, hazırda bu istiqamətdə hökumətin təkliflərini gözləyirlər.
Xatırladaq ki, “Başneft” Rusiyanın iri neft şirkətlərindən biri hesab edilir. Onun aksiyalarının 60 faizindən çoxu dövlətə məxsusdur.