
AŞPA həmməruzəçiləri Ermənistan hakimiyyətini məhkəmə sisteminə təzyiq göstərməkdən çəkinməyə çağırdı
Avropa Şurası Parlament Assampleyasının (AŞPA) Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoçkina və Andrey Sirselj bəyanat yayıb.
ONA-nın AŞPA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, həmməruzəçilər bəyanatda Ermənistan hakimiyyətini məhkəmə sisteminə təzyiq göstərməkdən çəkinməyə çağırıblar.
“Siyasi marağı olan tərəflər məhkəmə sisteminə təzyiq kimi qəbul edilə biləcək hərəkətlərdən və ifadələrdən çəkinməlidirlər. Məhkəmənin müstəqilliyi qanunun aliliyi üçün əsas şərtdir”, - deyə bəyanatda qeyd edilib.
Bəyanatda o da vurğulanır ki, Ermənistanın eks-prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasına olan ictimai reaksiya xalqın məhkəmə sisteminə inanmının az olduğunu göstərir.
Qeyd edək ki, Ermənistanda məhkəmə keçmiş prezident Robert Koçaryanın Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nin zaminliyi ilə azadlığa buraxılmasına dair qərar verəndən sonra baş nazir Nikol Paşinyan xalqı məhkəmələrin qapılarını bağlamağa və heç kəsi ora buraxmamağa çağırıb. Onun çağırışı ilə bir qrup etirazçı məhkəmə binalrına girişi bağlayıb, məhkəmələrin fəaliyyətini iflic edib. Günorta saatlarında Paşinyanın çağırışı ilə aksiya dayandırılıb.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14