Ankara Vaşinqtondan Fətullah Gülənin müvəqqəti həbs edilməsini gözləyir.
APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla birgə mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
“Biz FETÖ-nün rəhbərinin ekstradisiyası məsələsini müzakirə etdik, sorğularımızı təqdim etdik. Bu istiqamətdə konkret addımların atılmasını gözləyirik. Onun müvəqqəti həbs edilməsini gözləyirik – bu sorğu da Amerika tərəfinə təqdim edildi”, - deyə Mövlud Çavuşoğlu bildirib.