Amerika yeni sənəd açıqladı: “Rusiyada gizli düşərgələr var...” - SİYAHI
28 iyun 2017 09:53 (UTC +04:00)

Amerika yeni sənəd açıqladı: “Rusiyada gizli düşərgələr var...” - SİYAHI

“Rusiyada Şimali Koreya vətəndaşlarının qul kimi işlədildiyi əmək düşərgələri var”. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yeni yayılmış hesabatında bildirilir.

 

Sənəddə qeyd olunur ki, Rusiya hökuməti ölkə ərazisində belə düşərgələrin mövcudluğu ilə bağlı KXDR ilə müqaviləni dəstəkləməklə yanaşı, bu yaxınlarda onu bir az da genişləndirib. Həmin düşərgələrdə isə hazırda minlərlə şimali koreyalı qul kimi işlədilir.

 

Hesabata görə, KXDR hər il 20 minə yaxın vətəndaşını Rusiyaya işləməyə göndərir. Bundan başqa, Rusiyada rəsmi fəaliyyət göstərən 30 minə yaxın KXDR vətəndaşı da məcburi əməyə cəlb olunur.  

 

Yeni yayılmış hesabatda Dövlət Departamenti Rusiyanı qul əməyinə qarşı mübarizədə minimal tələbləri yerinə yetirməyən ölkələr siyahısına daxil edib. İndi bu siyahıda Rusiya ilə yanaşı, Belarus, Türkmənistan, Özbəkistan, Çin, KXDR, Suriya, İran və Venesuela yer alır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35