Alman hamam vannasında uçdu
17 yanvar 2018 21:19 (UTC +04:00)

Alman hamam vannasında uçdu

“The Real Life Guys” adlı “YouTube” kanalının müəllifləri adi hamam vannasından və məişət əşyalarından uçan aparat düzəldiblər.

 

Lent.az-ın “virtualaz.org”a istinadən xəbərinə görə, qeyri-adi uçuş aparatının imkanları aşağıda təqdim olunan videoçarxda nümayiş etdirilir.

 

Blogerlərdən biri evinin yaxınlığında saxladığı vannaya girir və çörəkbişirmə sexinə qədər uçur. Uçuş boyu o, başında dəbilqə pultla aparatı idarə edir. Bir sendviç alıb evə qayıdır.

 

Viideoçarx artıq 370 min dəfə izlənib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar