Gəmi FACİƏSİ: yüzdən çox qaçqın suya qərq oldu
Ağ dənizdə böyük bir gəmi batıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) məlumat yayıb. Məlumatda bildirilib ki, Liviya sahillərində olan gəmidən 150 nəfər xilas edilib, 150-dan çox şəxs isə itkindir və onların öldüyü ehtimal edilir.
Qeyd edək ki, Liviya son illərdə qaçqınların Avropaya keçməsi üçün ən əlverişli yollardan biridir.
Həmçinin ehtimal edilir ki, ölənlərin hamısı qaçqınlardır.
785