Rusiya ilə münasibətlərdə kiberhücumları ilk olaraq ABŞ həyata keçirməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının mətbuat katibi Coş Ernest bildirib.
“Ümumilikdə, 2016-cı il seçkiləri kontekstində Rusiyanın hərəkətlərindən danışarkən, ABŞ-ın kiberhücumlara birinci başladığını iddia etmək düzgün olmazdı”, - deyə Ernest qeyd edib.
Onun sözlərinə görə, ABŞ başqa ölkələrlə müqayisədə ən güclü kiber imkanlara malikdir.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden bundan əvvəl Rusiyanın seçkilərə müdaxilə etməsinə cavab veriləcəyini bildiriblər. Onların sözlərinə görə, cavab tədbirlərinin bir hissəsi məxfi saxlanılacaq.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.
Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.