ABŞ yeni nüvə doktrinasını dərc edəcək
02 fevral 2018 07:42 (UTC +04:00)

ABŞ yeni nüvə doktrinasını dərc edəcək

0

ABŞ Müdafiə Nazirliyi bu gün ölkənin yeni nüvə doktrinasını dərc edəcək.   

 

APA-nın  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəd Donald Tramp administrasiyasının bir ildə hazırladığı strateji doktrinalar arasında sayca üçüncü olacaq.  Bundan əvvəl müdafiə doktrinası və  milli təhlükəsizlik strategiyası dərc edilmişdi.

 

Məlumata görə, yeni doktrinada əsas diqqət Rusiya və Çin üzərində üstünlüyün saxlanılmasını təmin etmək üçün nüvə qüvvələrinin təkmilləşdirilməsinə yönəldiləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar