ABŞ Suriyanı parçalamaq istəmədiyini bildirib
09 fevral 2018 04:33 (UTC +04:00)

ABŞ Suriyanı parçalamaq istəmədiyini bildirib

0

İŞİD terror qruplaşmasını məhv etmək ABŞ-ın Suriyada yeganə məqsədidir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert  bildirib. H.Nauert bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun ABŞ-ın Suriyanı parçalamaq niyyətində olmasına dair bəyanatını şərh edərkən bildirib.  

 

“ABŞ-ın yeganə məqsədi İŞİD-i məhv etməkdir, bunu hamı bilir. Budur bizim Suriyada mövcudluğumuzun yeganə səbəbi”, - deyə zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.   

 

“ABŞ-ın Suriyada olmasının daha bir səbəbi bu ölkədə vəziyyəti sabitləşdirmək, onu Cenevrə prosesindən keçirmək və gələcəkdə seçkilərə yaxınlaşdırmaqdır”, - deyə   nümayəndə qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar