ABŞ Konqresinin Senatı 2020-ci maliyyə ilində ölkənin hərbi büdcəsini 750 mlrd. dollar səviyyəsində təsdiq edib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, qanunverici orqanın yuxarı palatasının respublikaçılarının nəzarət etdiyi iclasın yayımı “C-Span” telekanalı vasitəsilə aparılıb.
Təklifi qanunvericilərin 86 üzvü dəstəkləyib, 8 senat əleyhinə çıxıb. Büdcə layihəsi ölkədən kənarda aparılacaq hərbi əməliyyatlar üçün 75,9 mlrd. dollar nəzərdə tutur.
Konqresin nümayəndələr palatası növbəti ordu maliyyə ili üçün öz layihə versiyasını gözdən keçirir. Bu təklif konqresmenlər tərəfindən qəbul olunduqdan sonra hər iki palatanın qanunvericiləri hər iki layihənin detallarını razılaşdırmalı olacaqlar.