ABŞ məxfi xidmətinin noutbuku oğurlandı
17 mart 2017 22:36 (UTC +04:00)

ABŞ məxfi xidmətinin noutbuku oğurlandı

Nyu-Yorkda daxilində “Trump Tower” binası və ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun yazışması ilə əlaqədar araşdırmanın materialları olan noutbuk oğurlanıb.

 

APA-nın ABC-yə istinadən verdiyi xəbərə görə, noutbuk martın 16-da məxfi xidmət əməkdaşının avtomobilindən oğurlanıb.

 

Rəsmi orqanlar oğurlanma faktını təsdiqləyib. Hazırda cinayəti törədən şəxsin  müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar