ABŞ Konqresində məxfi brifinq keçirildi
30 yanvar 2018 06:49 (UTC +04:00)

ABŞ Konqresində məxfi brifinq keçirildi

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar məxfi brifinq keçirilib.

 

APA-nın xəbərinə görə, bu barədə Senatın xarici işlər üzrə komitəsinin üzvü Ben Kardin özünün “Twitter” səhifəsində yazıb.

 

Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun müzakirə olunub.

 

Bundan əvvəl Dövlət Departamentinin rəsmisi bildirib ki, Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər.

 

Qeyd edək ki, 2017-cı ilin iyulunda ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ prezidenti avqustun 1-də qanun layihəsini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar