Rusiya, Pakistan və İran “Taliban” hərəkatını dəstəkləməklə, ölkədəki sabitliyi pozurlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı general Con Nikolson deyib.
“Mən hələ də bəzi xarici oyunçuların, xüsusilə, Pakistan, Rusiya və İranın təsirindən narahatam. Onlar “Taliban”ı legitimləşdirməkdə və dəstəkləməkdə davam edirlər və Əfqanıstan hökumətinin sabit ölkə yaratmaq üzrə səylərini pozurlar”, - deyə Nikolson qeyd edib.