ABŞ-da 1500-ə yaxın uçuş ləğv edildi
10 fevral 2018 00:10 (UTC +04:00)

ABŞ-da 1500-ə yaxın uçuş ləğv edildi

0

ABŞ-ın Detroyt və Çikaqo şəhərlərinin hava limanlarında güclü qar səbəbindən 1500-ə yaxın aviareys ləğv olunub.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 1500 uçuş təxirə salınıb.

 

Güclü qar Çikaqonun O’Hara və Miduey, Detroytun Metropoliten Ueyd aeroportlarınıın işini iflic edib. Hər iki şəhərdə məktəblər müvəqqəti olaraq bağlanıb.

 

Meteoroloqların proqnozlarına əsasən, Çikaqo və Detroyta 23 sm qalınlığında qar yağacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar